Mərkəzdə yerləşən və təməli qoyulduğu gündən dəyər qazanmağa başlayan yaşayış kompleksində mənzil sahibi olmaq istəyirsiniz?
Nizami metro stansiyasının yaxınlığında, Sübhi Salayev və Murtuza Muxtarov küçələrinin kəsişməsində yerləşən Nizami City yaşayış kompleksi həyatınızda yeni səhifə açacaq.
Ətrafda yerləşən park, Nizami Mall, təhsil və tibb ocaqları yaşayış yerinizi ideal məkana çevirəcək.
5 girişdən ibarət 9 mərtəbəli kompleksimizdə təhlükəsizliyiniz üçün müasir nəzarət kameraları, istirahətiniz üçün geniş ərazi, yaşıllıq zonası, uşaqlar üçün oyun parkı və orta məktəb nəzərdə tutulub.
Müasir standartlara cavab verən Nizami City yaşayış kompleksinin üstünlükləri saymaqla bitmir!
Binanın girişi, dəhliz və pilləkənləri Türkiyə istehsalı olan təbii mərmərlə üzlənəcək.
Almaniya və Türkiyə istehsalı olan qapı və pəncərələr quraşdırılacaq.
Sürətli və səssiz işləyən liftlər gecə-gündüz sizə xidmət edəcək.
Binada avtomobillər üçün yeraltı dayanacaq və 24 saat mühafizə xidməti fəaliyyət göstərəcək.